Azərbaycan Turizm Assosiasiyası yeni memorandum imzaladı
ECONOMİC: Azərbaycan Turizm Assosiasiyası ilə Misir turizm agentlikləri Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı, «Türk hava Yolları» və «Piramida Travel» şirkətlərinin təşkilati dəstəyi ilə Misir Ərəb Respublikasına infotur təşkil olunmuşdur.
İnfotur Qahirə və Şarm Əl Şeyx şəhərlərində baş tutmuşdur. Azərbaycanın 10 aparıcı turizm sənayesi nümayəndəsinin iştirak etdiyi bu səfərdə əsas məqsəd iki ölkə arasındakı turizm əlaqələrini daha da qüvvətləndirmək idi. Eyni zamanda, məhşur səyyah və blogger, o cümlədən, Azərbaycan Turizm Bloggerləri Assosiasiyasının sədri Azər Qərib də AZTA-nın dəvəti ilə səfərdə iştirak etmişdir.
Tur zamanı Qahirə və Şarm Əl Şeyxin ən qabaqcıl otelləri ziyarət edilmiş və otellərin bütün imkanları iştirakçılara əyanı şəkildə göstərilmişdir. Bundan başqa adı çəkilən şəhərlərdə olan turizm məkanlarına turlar təşkil edilmiş və Misirin turizm potensialı turizmçilərə təqdim olunmuşdur.
Səfər çərçivəsində Azərbaycan Turizm Assosiasiyası ilə Misir turizm agentlikləri Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Bununla da iki ölkə arasındakı turizm əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaranacaqdır. Tərəflər arasında gələcəkdə həm Azərbaycana həm də Misirin digər şəhərlərinə turların yenidən təşkil olunması haqqında razılıq əldə olunmuşdur.
BƏNZƏR MƏQALƏLƏR
-
AZAL əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 600-dən çox ağac əkiblər – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL “Yaşıl dünya naminə həmrəylik […]
-
AZAL Londonun daha bir hava limanına uçuşlara başladı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun […]
-
Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına […]