Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Azərbaycan Turizm və Menecment Universiteti aşağıdakı vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
Dekan vəzifəsini tutmaq üçün:
– Xidmət mühəndisliyi fakültəsinin dekanı
Kafedra müdiri vəzifəsini tutmaq üçün:
– Mehmanxana və restoran biznesi kafedrası
– Beynəlxalq münasibətlər kafedrası
– Nəqliyyat, informasiya, kommunikasiya texnologiyaları və təbiət elmləri kafedrası.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:
1. Azərbaycan Turizm və Menecment Universiteti rektorunun adına ərizə.
2. Əmək kitabçasından çıxarış.
3. Kadrların şəxsi uçot vərəqəsi.
4. Tərcümeyi-hal.
5. 3×4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil.
6. Son iş yerindən xasiyyətnamə (təşkilatın rəhbəri tərəfindən verilmiş və təşkilatın möhürü ilə təsdiqlənmiş).
7. Ali təhsil, alimlik dərəcəsi (fəlsəfə doktoru və elmlər doktoru), elmi ad (dosent və professor) verilməsi haqqında diplomların təsdiq olunmuş surətləri.
8. Ən azı 5 il elmi-pedaqoji təcrübə.
9. Dərc olunmuş elmi əsərlərin siyahısı (təşkilatın elmi katibi tərəfindən təsdiqlənmiş və möhürlənmiş).
10. Şəxsiyyət vəsiqəsinin surəti.
11. Fakültə və kafedranın 5 illik perspektiv inkişaf planı.
Sənədləri bir ay ərzində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək Azərbaycan Turizm və Menecment Universitetinin ümumi şöbəsinə təqdim etmək lazımdır.
Ünvan: Bakı, AZ1072, K.Rəhimov küçəsi, 822/23-cü məhəllə, 209-cu otaq.
Yaranan suallarla əlaqədar Azərbaycan Turizm və Menecment Universitetinin İnsan resursları şöbəsinə müraciət etmək lazımdır. Tel: 564-42-33, 564-54-11 (dax. 115).
E-mail: recruitment@atmu.edu.az
Məlumat ATMU-nun web səhifəsində də ( www.atmu.edu.az) yerləşdirilmişdir.
Qeyd: fakültə dekanı və kafedra müdiri vəzifələrinə namizədlərin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti bitdikdə sənədlərin qəbulundan imtina olunur.
Rektorluq
BƏNZƏR MƏQALƏLƏR
-
Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib
18 avqust 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı […]
-
Bakı Nəqliyyat Agentliyi kotirovka sorğusu elan edib
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi 2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi […]
-
AÇIQ TENDER – Server otağında yanğın təhlükəsizlik sisteminin quraşdırılması
“AZSIĞORTA” ASC-nin inzibati binasında yerləşəcək server otağında yanğın təhlükəsizlik sisteminin quraşdırılmasına dair AÇIQ TENDER ELAN […]