
Azərbaycan Mərkəzi Bankı “Prior Credit” BOKT-a lisenziya verib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Prior Credit” QSC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.
Economic.az bildirir ki, “Report” bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 47-yə çatıb.
Xatırladaq ki, “Prior Credit” bu ilin may ayında yaradılıb. Yeni BOKT “Prior Leasing” ASC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 25E-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimal tələbə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Emin Elman oğlu Vəliyevdir.
BƏNZƏR MƏQALƏLƏR
Kapital Bank Ordubad filialını da yenilədi
Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. 2019-ci ildən başlayaraq […]
Kapital Bank-la onlayn satışlar daha rahat və sərfəlidir
Cari ildə ölkədə xüsusi karantin rejiminin tətbiqi nəticəsində, müştərilərlə birbaşa təması minimuma endirmək məqsədilə bir […]
Xeyriyyəçiliklə məşğul olan “Qırmızı ürəklər”bayram ərəfəsində şəhid övladlarını sevindirdi
Məlumat verdiyimiz kimi, Kapital Bank-ın əməkdaşlarının təşəbbüsü ilə 1 il əvvəl yaradılan “Qırmızı ürəklər” (“RedHearts”) […]