
Azərbaycan brendi olan “ASAN xidmət” dünya üçün nümunədir
Ölkəmizdə əhalinin həyat səviyyəsinin yüksəldilməsini, vətəndaşların sosial təminatlarının əhatə dairəsinin genişləndirilməsini hədəfləyən kompleks tədbirlər həyata keçirilir. Respublikamızda inklüzivliyin artırılmasına, sosial xidmətlərə əlçatanlığın təmin olunmasına geniş imkanlar açan “ASAN xidmət” mərkəzlərinin yaradılması buna əyani nümunədir.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, ölkəmizdə aparılan islahatlar çərçivəsində reallaşdırılan tədbirlərin böyük bir qismi idarəetmənin optimallaşdırılmasına, vətəndaşlara göstərilən xidmətlərin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulmasına, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsinə xidmət edir. Bu baxımdan, Prezident İlham Əliyevin təşəbbüsü ilə “ASAN xidmət” mərkəzlərinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, iyunun 3-də Prezident İlham Əliyevin Ağcabədidə “ASAN Həyat” mərkəzinin açılışında qeyd etdiyi kimi ölkəmizdə “ASAN xidmət”in sayı 19-da çatıb. Hazırda isə səkkiz mərkəzin tikintisi nəzərdə tutulur. Bütövlükdə isə, bütün ölkənin “ASAN xidmət” mərkəzləri ilə əhatə edilməsi planlaşdırılır. Ötən dövr ərzində “ASAN xidmət”ə təxminən 38 milyon müraciət daxil olub. Bu qurum insanlara 320 sayda xidmət göstərir. Ölkə vətəndaşları da “ASAN xidmət”in fəaliyyətindən məmnundurlar. Belə ki, vətəndaşların bəyənmə dərəcəsi 99,4 faizdir. Bu isə insanlara şəffaf, rahat xidmətin göstərilməsinin nəticəsidir.
S.Fətəliyeva söyləyib ki, “ASAN xidmət” mərkəzlərində innovasiyaların tətbiqinə geniş meydan verilir: “Bu, Azərbaycan dövlətinin gələcəyə baxışı ilə tam uzlaşır. Bu mərkəzlərdə müasir texnologiyaların tətbiqi bir tərəfdən göstərilən xidmətlərə əlçatanlığı artırır, digər tərəfdən isə vətəndaş-məmur təmasları minimuma enir, şəffaflıq yüksək səviyyədə təmin edilir. Bütün bunlar isə son nəticədə ölkədə vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunmasını şərtləndirir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün “ASAN xidmət” ölkəmizin intellektual məhsuludur. “ASAN xidmət”in fəaliyyəti Azərbaycanda innovasiyaların inkişafına da çox böyük təkan verir. Qürurverici hal ondan ibarətdir ki, dünya ölkələri Azərbaycanın təcrübəsini öyrənir və “ASAN xidmət” modelini özlərində tətbiq edirlər. Bir sözlə, Azərbaycan brendi olan “ASAN xidmət” dünya üçün nümunə olan bir modeldir”.
BƏNZƏR MƏQALƏLƏR
Əhməd İsmayılov: Milli mətbuatımız ötən 145 ildə zəngin və şərəfli yol keçib
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru Əhməd […]
Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev: “Agile” sadəcə yeni idarəetmə modeli deyil, bu tamamilə fərqli bir mədəniyyət və düşüncə tərzidir”
Rəqəmsal həllərin hökm sürdüyü müasir dövrdə maliyyə-bank sektorunun və ümumiyyətlə biznesin ən mühüm tələblərindən […]
Növbələri azaltmaq məqsədilə müştərilərimizə onlayn bank xidmətlərindən istifadəni tövsiyə edirik
Economic.az müsahibəni təqdim edir. Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov: “Növbələri azaltmaq […]