MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

IBAR marafon

Azərbaycan Beynəlxalq Bankı “Bakı Marafonu 2016”-ın sponsorudur

Mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2016” keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Korporativ Sosial Məsuliyyət layihələrində idmana xüsusi yer verən Azərbaycan Beynəlxalq Bankı da bu tədbirə sponsorluq dəstəyi göstərəcək. Dövlət Bayrağı Meydanından start götürəcək yarı marafon 21 kilometr olacaq və Bakı Olimpiya Stadionunda başa çatacaq. Marafona 16 yaşdan yuxarı hər bir kəs əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. Əlavə məlumatı bu bölmədən əldə etmək mümkündür: www.bakumarathon.az

35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Beynəlxalq Bank

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top