MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Maliyyə Bazarlarına Nəzarət Palatası

Azərbaycan banklarına yeni kreditləşmə modeli təqdim olundu

Maliyyə Bazarlarına Nəzarət Palatasında ölkədə fəaliyyət göstərən kommersiya bankları ilə görüş keçirilib.

Economic.az report-a istinadən bildirir ki, görüşdə ölkənin maliyyə sistemində tətbiqi üçün nəzərdə tutulan yeni kreditləşmə modelinin təqdimatı keçirilib və yeni model ətrafında müzakirə aparılıb. Görüşdə əsasən dollar kreditləşməsi ilə bağlı məsələ gündəmdə olub.

Yeni modelin ictimaiyyətə bu həftə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi aprelin 5-dən etibarən bir ay müddətinə dayandırılıb və Palata bu müddətin uzadılması hüququnu da özündə saxlayıb. Bundan əlavə, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə ötən aydan Azərbaycanda təqaüdçülərə istehlak kreditlərinin verilməsi prosesi müvəqqəti olaraq dayandırılıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top