“Azər-Türk Bank”-ın müşahidə şurasına yeni sədr seçildi. – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Azər-Türk Bank”-ın müşahidə şurasına yeni sədr seçildi.

“Azər-Türk Bank”ın rəhbərliyində dəyişiklik olub. Bankın müşahidə şurasının  yeni sədri Xalid Əhədov seçilib. O bu vəzifədə Famil İsmayılovu əvəzləyib. Bankın mətbuat xidmətindən isə fins.az-a bildiriblər ki, rəhbər dəyişikliyi ilə bağlı onlarda hər hansı məlumat yoxdur.

Xatırladaq ki, X.Əhədov professional fəaliyyətə 1999-cu ilin mart ayında «Bank of Baku»da başlayıb. Bu müddət ərzində SWIFT üzrə mütəxəssisdən İdarə Heyəti Sədrinin Müavini vəzifəsinə qədər yüksəlib. 19 Fevral 2005-ci il tarixində İdarə Heyəti Sədrinin Müavini, Pərakəndə Bank Biznesi Sahəsinin Rəhbəri vəzifəsinə təyin olunub.1 oktyabr 2010-cu il tarixindən İdarə Heyəti Sədrinin Müşaviri vəzifəsinə təyin olunub.  2015-ci ildə “Unibank”a icra direktor təyin edilib. Yeni vəzifəyə qədər isə hazırda ləğvetmə prosesində olan “Bank Standard”ın idarə heyətinin sədri olub.

Mənbə: fins.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top