AZAL-ın Tel-Əviv reyslərində yeni aksiya – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AZAL-ın Tel-Əviv reyslərində yeni aksiya

“Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Tel-Əviv istiqamətindəki uçuşlara yeni aksiya barədə elan edir.

Bakı-Tel-Əviv-Bakı istiqamətində 10 yanvar tarixindən 10 mart 2017-ci il tarixinə kimi olan uçuşlara dekabrın 1-dən 20-ə kimi aviabilet alarkən aviabiletin qiyməti cəmi 299 avro təşkil edəcək. Qiymətə bütün rüsum və yığımlar daxildir.

Həmçinin aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi) və soyuq və isti
yeməklərin tam çeşidi daxildir.

AZAL-ın Bakıdan Tel-Əvivə uçuşları həftədə iki dəfə komfortlu Airbus A319 və A320 laynerlərində həyata keçirilir.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək mümkündür.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: https://www.azal.az/az/azal-miles/miles-programme. Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər:  http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya  www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80;

*8880.

E-mail: callcenter@azal.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top