MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

azal

AZAL Gəncədən Naxçıvana müntəzəm reyslərə başlayır

“Azərbaycan Hava Yolları” (AZAL) mayın 15-dən etibarən Gəncədən Naxçıvana müntəzəm reyslərə başlayacaq.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən  bildirilib ki, Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə birbaşa uçuşlar həftədə 4 dəfə – bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək. Gəncə Beynəlxalq Hava Limanından uçuş saat 12:55-də, Naxçıvan Beynəlxalq Hava Limanına eniş saat 14:25-də reallaşacaq. Naxçıvandan uçuş saat 15:05-də, Gəncə Beynəlxalq Hava Limanına eniş isə saat 16:40-da baş tutacaq.

Uçuş müddəti 1,5 saat təşkil edir ki, bu da uçuşun münaqişə zonasından yan keçməklə təhlükəsiz ərazilər üzərindən həyata keçirilməsi ilə bağlıdır.

Ölkədaxili sərnişin daşımalarının qiymətini tənzimləyən Azərbaycan Respublikasının Tarif Şurası bu marşrut üzrə bir tərəfə aviabiletin qiymətini 60 manat məbləğində təyin edib.

Aviareyslər komfortlu “Embraer E-190” laynerləri ilə həyata keçiriləcək.

Biletləri şirkətin www.azal.az  saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkün olacaq. Daha ətraflı məlumat üçün (+994 12) 598-88-80; *8880 telefon nömrələri ilə və callcenter@azal.az elektron ünvanı ilə əlaqə saxlamaq mümkündür.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top