AZAL-dan Yeni il aksiyası çərçivəsində 20 faizədək endirim
“Azərbaycan Hava Yolları” (AZAL) Yeni il ərəfəsində yeni aksiya elan edib.
Economic.az bildirir ki? “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
Bakıdan/Bakıya aşağıdakı istiqamətlər üzrə uçuşlara 15 dekabr 2016-cı il tarixindən 15 yanvar 2017-ci il tarixinə kimi gediş-dönüş aviabileti alarkən 20 faizədək endirim tətbiq olunacaq: London, Milan, Berlin, Paris, Praqa, Tel-Əviv, Pekin, Dubay və Nyu-York. Uçuş tarixləri: 15 yanvar- 15 mart 2017-ci il.
Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərdən əldə etmək mümkündür. Balların avtomatik hesablanması üçün, aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.
AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://bit.ly/milesreg_az
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:
(+99412) 598 88 80; *8880
E-mail: callcenter@azal.az
AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.
BƏNZƏR MƏQALƏLƏR
-
Milli Yaylaq Festivalı keçiriləcək
29 – 31 iyul tarixlərində Göygöl rayonunun ərazisində yerləşən Hacıkənd Xan Yaylağında 2-ci Milli Yaylaq […]
-
“Xoşbəxt şənbə günləri”: Uber-dən həftəsonları üçün xüsusi kampaniya
Beynəxalq taksi daşıyıcısı şirkəti Uber, Bakı şəhərində “Xoşbəxt şənbə günləri” adlı kampaniyaya start verib. Kampaniya […]
-
Bu tarixdə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə! Novruz bayramı ilə əlaqədar 20-26 […]