ASA sığorta agentlərinin problemlərini dinləyib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ASA sığorta agentlərinin problemlərini dinləyib

ECONOMİC: “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin rəhbərliyi ölkədə fəaliyyət göstərən bir qrup sığorta agenti ilə zoom görüş keçirib.

ASA-dan verilən məlumata görə, sığorta agentlərinin təklifi və təşəbbüskarlığı ilə baş tutan görüşdə problemlər dinlənilib və onların həlli yolları geniş müzakirə olunub.

Görüş zamanı daha çox sığorta agentlərinin vergi mükəlləfiyyətləri, sığorta şirkətləri ilə kommunikasiya problemləri, “Qaynar xətt” və “Call center”lərin sığorta agentləri ilə koordinasiyalı fəaliyyətindəki boşluqlar, mövcud qanunvericiliyin təkmilləşdirilməsi və sığorta agentlərinə vahid nəzarət mexanizminin formalaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyi səsləndirilən bu və digər problemləri rəsmi müraciət şəklində sənədləşdirildikdən sonra aidiyyəti istiqamətlərə yönləndirəcəyini bildirib. İctimai Birlik rəsmiləri görüş zamanı bu kimi tədbirlər növbəti mərhələdə də mütəmadi olaraq və daha geniş tərkibdə təşkil olunacağını qeyd ediblər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top