ASA ilə Aqrar Sığorta Fondu memorandum imzaladı - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ASA ilə Aqrar Sığorta Fondu memorandum imzaladı

Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Aqrar Sığorta Fondu arasında sığorta sektorunun inkişafı istiqamətində qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

ASA-dan Economic-ə verilən məlumata görə, iki qurum arasında keçirilən görüşdə növbəti mərhələdə birlikdə həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev bu əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirərək, bunun növbəti mərhələdə sektorun inkişafı ilə bağlı prioritetlərin birgə realizə olunmasına təkan verəcəyini bildirib. İcraçı direktor onu da vurğuladı ki, sığorta sektoruna aid olan bütün qurumların imkanlarını vahid istiqamətdə dəyərləndirilmək və bununla da bazarın inkişaf dinamikasına təkan vermək ASA-nın başlıca prioritetidir.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov da öz növbəsində əldə olunmuş anlaşmanın ölkədə yeni tətbiq edilməkdə olan aqrar sığorta mexanizminin inkişafını, mövcud və potensial sığortaolunan kontingentində aqrar sığorta vərdişlərinin formalaşmasını stimullaşdıracağına əminliyini qeyd edib.

Görüşün sonunda iki qurum arasında həm aqrar sığorta xidmətlərinin, həm də ümumilikdə yerli sığorta bazarının inkişafına hədəflənən qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top