Artıq Azercell-in Sim-Sim abunəçiləri də Asan İmzadan istifadə edə biləcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Artıq Azercell-in Sim-Sim abunəçiləri də Asan İmzadan istifadə edə biləcək

Ölkənin aparıcı mobil rabitə operatoru Azercell Telekom şirkətinin fakturasız xətt (Sim-Sim) abunəçiləri artıq öz nömrələrində “Asan İmza” mobil elektron imza xidmətini aktivləşdirə bilər. Economic.az şirkətin saytına istinadən verir ki, Bununla da, həmin abunəçilər elektron xidmətlərin istifadəsində və sənədləri elektron şəkildə imzalamaq məqsədilə “Asan İmza” xidmətinin təqdim etdiyi imkanlardan yararlana biləcək.

Qeyd edək ki, bu yeniliyin tətbiqi fakturasız xətt abunəçilərinin rahatlığına xidmət edəcək. Belə ki, əvvəllər Asan İmzadan istifadə etmək üçün fakturasız xətt abunəçiləri mütləq qaydada fakturalı xətt nömrəsi əldə etmək və ya mövcud nömrəsini fakturalı xəttə keçirmək məcburiyyətində idilər, bu da Asan İmza xidmətinin istifadəçilər üçün əlçatan olmasında müəyyən çətinliklər yaradırdı. Artıq hər bir Azercell abunəçisi heç bir məhdudiyyət olmadan öz mobil nömrəsində “Asan İmza” mobil elektron imza xidmətini aktivləşdirə və bununla da ölkədə mövcud olan 500-dən artıq dövlət və özəl elektron xidmətlərindən asanlıqla istifadə edə bilər.

“Asan İmza” mobil elektron imzası – mobil telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi və elektron imza vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. “Asan İmza” texnologiyasını önə çıxaran başlıca cəhət smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir. Ətraflı məlumat üçün: www.asanimza.az

“Asan İmza” sertifikatları Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yaradılmış və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində akkreditasiyadan keçmiş ASXM dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə təkmil sertifikatlar təqdim etmək hüququna malikdir. Ətraflı məlumat üçün: www.asxm.gov.az

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz    

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top