MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Aqrar Universiteti loqo

AQRAR UNİVERSİTETDƏ FERMERLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB-FOTO

Aqrar UniversitetiBu gün Azərbaycan Dövlət Aqrar Universitetinin aqranomluq fakültəsində Gəncə və ətraf bölgələrdən olan fermerlərlə təhsil müəssisənin professor, müəllim və tələbə heyəti bir araya gəlib, səmimi və işgüzar görüş keçirilib. Toplantı-görüşün əsas məqsədi fermerlərə yaxından kömək göstərmək, nəzəriyyə ilə təcrübənin fermer təsərrüfatlarına tətbiqini təmin etmək olub.

Görüşdə 8 rayondan 40-dan artıq fermer iştirak edib. Toplantıdan əvvəl fermerlər universitetin tədris bazası ilə tanış olub, ayrı-ayrı laborotoriyaların iş fəaliyyəti barədə geniş məlumat əldə ediblər. Universitetin rektoru, AQRAR UNİVERSİTETDƏ FERMERLƏRLƏ GÖRÜŞ KEÇİRİLİBprofessor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov aqrar elmin qarşısında çox ciddi məsələlərin dayandığını, ən vacibinin isə nəzəriyyə ilə təcrübənin vəhdətinin olduğunu bildirmiş, tələbələrin fermerlərin təsərrüfatlarında təcrübə keçmələrinin, öyrəndiklərini praktiki olaraq tətbiq etmələrinin vacibliyini xüsusilə vurğulamışdır. Qeyd etmişdir ki, bu həm tələbənin mükəmməl kadr kimi formalaşmasına, həm də təsərrüfat sahibinin gəlirlərinin artmasına kömək edə bilər.

Bu cür görüşlərin ayda ən azı iki dəfə keçirilməsi məqsədəuyğun hesab edilmişdir.

Görüşün sonunda 3 fermer təsərrüfatı ilə müqavilə imzalanmış və fermerlərin təsərrüfatlarından universitetin bazası kimi istifadə olunması, tələbələrin orada təcrübə keçməsi razılaşdırılmışdır.

Məlumat üçün bildirək ki, müqavilə imzalanan təsərrüfatlarda istixana şəraitində xiyar, çiyələk, eləcə də üzüm, paxlalı və dənli bitkilər yetişdirilir

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top