MİRZƏ ƏLİYEV: “İNDİ FERMERLƏR İSTƏDİKLƏRİ İSTEHSALÇI VƏ SATICIDAN TEXNİKA ALA BİLƏCƏKLƏR”
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ölkədəki bankların rəhbərləri ilə görüş keçirib. Görüşdə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bank təmsilçilərini Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” Qaydaları ilə tanış edib.
“Economic.az”a verilən məlumata görə, Mirzə Əliyev onuda qeyd edib ki, yeni qaydalar həm fermerlər, həm təchizatçılar, həm də banklar üçün bir sıra üstünlüklərə malikdir. “Kreditlərin məbləğindəki yeni bölgülər fermerlərin tələblərinə və imkanlarına uyğunlaşdırılıb. Xüsusilə, mikrokreditlərin və kiçik həcmli kreditlərin məbləği kiçik fermerlər üçün kreditlərin əlçatan olmasını təmin edir. Məsələn, əvvəlki qaydalarda mikro kreditlərin həddi 1000 manatadək idi və bu, ən kiçik işə başlamaq istəyən fermerə kifayət etmirdi. Hazırda bu məbləğ 5000 manatadək artırılıb. Eyni fikri məbləği 20000 manatdan 30000 manata artırılmış kiçik həcmli kreditlər barədə də demək olar” – deyə Agentlik sədri bildirib.
Yeni qaydaların iri istehsalçılar üçün də əlverişli şərtlər təklif etdiyini diqqətə çatdıran Mirzə Əliyev AKİA-nın vəsaiti hesabına kənd təsərrüfatı texnikası alınması məqsədi ilə 1 mln. manatadək kredit verilməsi imkanının yarandığını əlavə edib.
Agentlik sədri kənd təsərrüfatı texnikalarının lizinqə götürülmə qaydalarında da üstünlüklər yarandığını bildirib. “İndi fermerlər istədikləri istehsalçı və satıcıdan texnika ala biləcəklər” – deyə Mirzə Əliyev deyib.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri bank rəhbərlərini əməkdaşlığa çağırıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Özəl şirkətlər “Aqrokadr.az” portalı ilə əməkdaşlığı genişləndirir
Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib. Aqrokadr.az portalı vasitəsilə dövlət və […]
-
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı […]
-
Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltikçilin inkişafı ilə bağlı Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Pakistan Kənd Təsərrüfatı Tədqiqatları […]