MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

09

AMB uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin növbəti iclası keçiriib.

İclasda həyata keçirilən sabitləşdirmə tədbirlərinin inflyasiyanın azalmasına ötürülməsi xüsusiyyətləri və vaxtı, makroiqtisadi risklər xəritəsində baş verən dəyişikliklər nəzərə alınaraq faiz dəhlizinin parametrlərinin, o cümlədən uçot dərəcəsinin dəyişməz – 15% səviyyəsində saxlanması barədə qərar qəbul edib.

Qeyd olunub ki, cari ildə tədiyə balansında yaxşılaşma meyilləri müşahidə edilir. Nisbətən əlverişli neft qiymətləri, ixracın, o cümlədən qeyri-neft ixracının artması, habelə rüblük idxalın azalması tədiyə balansının cari hesabına müsbət təsir göstərib. Yaranmış vəziyyətdə 2017-ci ilin sonuna xarici ticarət balansında və cari əməliyyatlar hesabında müsbət saldonun yaranacağı gözlənilir.

Cari ilin ötən dövründə qəbul edilmiş makroiqtisadi sabitlik çərçivəsi üzrə tədbirlər planının ardıcıllıqla həyata keçirilməsi, o cümlədən antiinflyasiya xarakterli mühafizəkar pul siyasəti makroiqtisadi sabitliyin təmin olunmasında mühüm rol oynayıb.

Tədiyyə balansında müsbət meyillər və bu şəraitdə valyuta təklifi kanallarının genişlənməsi son aylarda manatın məzənnəsinin möhkəmlənmə trendini gücləndirib. AMB-ninMərkəzi Bankın valyuta bazarında iştirakının əhəmiyyətli məhdudlaşmasına baxmayaraq manatın məzənnəsində volatillik azalıb və alış-satış məzənnələri arasında spred minimuma enib.

Milli valyutanın möhkəmlənməsi trendinin və daxili tələb amillərinin təsiri altında inflyasiya gözləntiləri səngiməyə başlayıb. Aparılan son sorğulara görə əhalinin bütün gəlir qrupları üzrə inflyasiya gözləntilərinin azalması müşahidə olunub. Cari ilin son 3 ayında aylıq inflyasiya templəri yanvar ayına nəzərən aşağı olubr.

Mövcud situasiyanı və yaranmış yeni makroiqtisadi meyilləri nəzərə alaraq pul proqramının həyata keçirilməsində çeviklik artırılıb. Yaranmış vəziyyət makroiqtisadi sabitliyə xələl gətirmədən pul təklifini nisbətən artırmağa imkan verib.

Xatırladaq ki,  AMBi 14 sentyabr 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12%, yuxarı həddini 18%, uçot dərəcəsini isə 15% səviyyəsində müəyyən edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top