AMB IMF ilə maliyyə-bank sektorunun vəziyyətini müzakirə edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AMB IMF ilə maliyyə-bank sektorunun vəziyyətini müzakirə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında maliyyə-bank sektorunun vəziyyəti müzakirə edilib.

Bu barədə AMB məlumat yayıb.

Məlumata görə, qurumda IMF-nin Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordonun rəhbərlik etdiyi, Fondun Maddələr Sazişinin 4-cü maddəsi üzrə məsləhətləşmələr missiyası ilə görüş keçirilib. Görüşdə ölkədə makroiqtisadi vəziyyət, pul siyasəti, inflyasiya gözləntiləri, maliyyə-bank sektorunun vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, həmçinin tərəflər arasında əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətləri müzakirə edilib.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top