AMB: “10 ayda manatın nominal effektiv məzənnəsi 21,6% möhkəmlənib” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AMB: “10 ayda manatın nominal effektiv məzənnəsi 21,6% möhkəmlənib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili valyuta bazarında tarazlığın qorunduğu şəraitdə manatın nominal effektiv məzənnəsi 2023-cü ilin 10 ayında 21,6% möhkəmlənib.

Bu barədə AMB məlumat yayıb.

Qeyd edilib ki, profisitli xarici ticarət balansı şəraitində (doqquz ayda 13,9 mlrd. ABŞ dolları) ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99%-də təklif tələbi üstələyib. Bu səbəbdən 10 ayda Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 1 milyard 247,9 milyon ABŞ dolları təşkil etməklə alışyönlü olub.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top