Ali Məhkəməyə yeni səlahiyyət verilir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ali Məhkəməyə yeni səlahiyyət verilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və ya icrasından imtina edilməsi üçün əsaslara Azərbaycan ərazisində Ali Məhkəmə baxacaq.

APA-nın xəbərinə görə, bununla bağlı müddəa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində yer alır.

Ali Məhkəmə xarici arbitraj məhkəməsinin qərarı barədə ərizə əsasında bu məsələlərə baxacaq.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan “Azərbaycan Respublikasının arbitraj məhkəməsi haqqında” Qanunda bu məsələ əksini tapmayıb.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top