Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək
ECONOMİC: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi yanında Məşğulluq Xidməti arasında Fəaliyyət Planı imzalanıb.
“Fəaliyyət Planı”nı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Litva Respublikasının Məşğulluq Xidmətinin direktoru İnqa Balnanosiyene imzalayıblar.
Qeyd olunub ki, 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlığa dair imzalanan Saziş əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə şərait yaradıb. Son illərdə icra olunmuş “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək“ Tvinninq layihəsinin icrasında da Litva əsas tərəfdaşlardan biri olub.
İmzalanan Fəaliyyət Planına əsasən həssas qrupdan olan vətəndaşların məşğulluğunun dəstəklənməsi, gənclərin əmək bazarına çıxış imkanlarının artırılması, peşə hazırlığı və digər aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində əməkdaşlıq həyata keçiriləcək, təcrübə mübadilələri aparılacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün inteqrasiya” Proqramı çərçivəsində səfər təşkil olundu – FOTOLAR
24 may 2023-cü il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi “MOBILAZE 2” layihəsi nəzdində Miqrasiya Siyasətinin İnkişafı […]
-
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz -in MOBİLAZE 2 layihəsi çərçivəsində AUİB-nə səfər keçirildi
16 may 2023-cü il tarixində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM), Avropa Ittifaqı və […]
-
“ŞAGİRDLƏRİN FORUM TEATRI” LAYİHƏSİ YEKUNLAŞDI
“Şagirdlərin Forum Teatrı” – incəsənət əsaslı öyrənmə metodla məktəbdə yaradıcı mühitin inkişafı və sosial problemlərin […]