Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik AÇIQ TENDER ELAN EDİR - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.

Lot- 1. Yolların əsaslı təmiri işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olu­nur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı me­yarlara üstünlük veriləcəkdir:

– aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31-nə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. Əlaqələndirici şəxs- Məmmədov Amal Cahid oğlu.

Ünvan- Ağcabədi şəhəri, F.Əlizadə küçəsi 19.

E-mail: elekberova.melahet@mail.ru

Telefon- 0505245966 2750224.

Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmış­dır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 100 (yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri-

VÖEN- 3400109921

H/h- AZ86C­TRE00000000000002515432

Fond- 7Y

Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN-1401555071

M/h-AZ41NABZ01360100000000003944

SWIFT BIK- CTREAZ22

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalı­dır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı – bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);

-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında mü­vafiq vergi orqanlarından arayışlar;

– Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkan­larının olmasına aid rəsmi arayış;

– Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 28 avqust 2020-ci il saat 17.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 7 sentyabr 2020-ci il saat 17.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 8 sentyabr 2020-ci il saat 17.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top