MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Logo_AGBank

AGBank-ın sturukturunda ciddi dəyişikliklər gedir

“AGBank”ın İdarə Heyətinin sədri dəyişib. Fins.az-ın əldə etdiyi məlumata görə, indiyə qədər bu vəzifəni tutan Azər Mövsümov bankın səhmdarlarının qərarı ilə Müşahidə Şurasının (MŞ) üzvü seçilib. Bankın İH-nə rəhbərlik isə indiyə qədər sədr müavini vəzifəsində olan Əfqan Cəlilova həvalə olunub. O, hələ ki, sədrin vəzifələrini müvəqqəti icra edir.

Bankın MŞ-da Azər Mövsümovdan başqa yeni ad da var – Qriqoriy Marçenk. Əvəzində Fransev Mixail Yuryeviç və Frenk Mosye MŞ-nın üzvlüyündən kənarlaşdırılıb.

Fransev Mixail Yuryeviç bankın Audit Komitəsinin (AK) üzvü seçilib. Komitəyə Fikrət Baxışov rəhbərlik edir. AK-nın digər üzvü isə Asif Çoxlayevdir.

Bankın strukturunda dəyişikliklər olacağı bildirilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top