AFAQ layihəsi şərçivəsində İmişli rayonunda qadın fermerlərə dəstək göstərilib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AFAQ layihəsi şərçivəsində İmişli rayonunda qadın fermerlərə dəstək göstərilib

ECONOMIC: Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsi çərçivəsində qadın fermerlərlə görüşlər davam edir. Aqrar fəaliyyətlə məşğul olan qadınlarla növbəti görüş İmişli rayonunda baş tutub.

Rayonun Şahverdili kəndində keçirilən görüşdə “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, “PAŞA Holding”in nümayəndəsi Bəyim İbrahimova, AFAQ layihəsinə müraciət etmiş qadın fermerlər iştirak ediblər.

Görüşdə çıxış edən natiqlər həyata keçirilən bu sosial layihənin qadınlar arasında aqrar fəaliyyətə marağı artırdığını bildiriblər. Layihə icraçıları fərdi təsərrüfatlarda məhsul istehsalı və emalını daha düzgün təşkil etmək üçün qadın fermerlərin ehtiyaclarını öyrənir, müvafiq avadanlıqlarla təmin edirlər. Layihə çərçivəsində təlimlərə cəlb olunan qadınlar bildiriblər ki, müvafiq avadanlıqlarla təmin olunmaqla məhsul istehsalı və emalı prosesində keyfiyyət göstəricilərini artırmağa müvəffəq olacaqlar.

Görüşdən sonra iştirakçılar qadın fermerlərin idarə etdikləri təsərrüfatlara baxış keçiriblər. Layihənin mərhələlərini uğurla tamamlayan 14 təsərrüfat sahibi əvvəlcədən aparılan qiymətləndirmələrə əsasən təsərrüfatlarının ehtiyacları üzrə kənd təsərrüfatı avadanlıqları (seperator, süd sağan aparat, dən üyüdən avadanlıq, ot doğrayan avadanlıq, süd sağan aparat, yem üyüdən aparat və s.) ilə təmin olunublar.

Qeyd edək ki, AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bu günədək layihəyə 600-ə yaxın müraciət daxil olub, 145 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. Layihənin tələblərinə cavab verən ümumilikdə 82 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib. Layihə çərçivəsində dəstək tədbirləri bundan sonra da davam etdiriləcək.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top