“ADA” Universitetinin ekspertləri “DəmirBank”ın əməkdaşları üçün təlim keçirib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“ADA” Universitetinin ekspertləri “DəmirBank”ın əməkdaşları üçün təlim keçirib

“DəmirBank” və “ADA” Universiteti arasında əməkdaşlıq davam etdirilir.

“DəmirBank” “ADA” Universiteti ilə birgə “Menecment bacarıqlarının inkişafı proqramı” çərçivəsində bankın filial və şöbə müdirləri, menecerləri üçün “İdarəetmə və liderlik bacarıqlarının inkişafı” mövzusunda təlim keçirib.

Universitetin yüksəkixtisaslı ekspertləri Şəmsiyyə Mustafayeva, Rəşad Bayramov, Lalə Abdurəhmanova və Ramiz Məmmədli kimi peşəkar təlimçilər tərəfindən təlim sessiyaları interaktiv müzakirələr formasında keçirilib və təlim müddətində iştirakçılar öz təcrübələrini bölüşməklə yanaşı, liderlik və idarəetmə sahəsində bacarıqlarını təkmilləşdiriblər.

Noyabrın 11-dən 13-nə kimi həyata keçirilən bu layihə 5 sessiyadan ibarət olmaqla, işçilərin və komandanın idarə edilməsi, dəyişikliyin idarə edilməsi, münaqişələrin idarə edilməsi, effektiv ünsiyyət və maraqlı tərəflərlə işin qurulması kimi mövzuları əhatə edib.

Təlim iştirakçılarına sertifikatların təqdimat mərasimində “ADA” Universitetinin ixtisasartırma proqramları üzrə prorektor müavini Aygün Hacıyeva çıxış edərək tərəflər arasında mütəmadi əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Tədbirdə “DəmirBank”ın insan resursları departamentinin direktoru İlkin Zeynallı, filial və şöbə müdirlərinin, menecerlərin təlim layihəsində müvəffəqiyyətli iştirakını yüksək qiymətləndirib, iştirakçıların belə məhsuldar proqramlardan bəhrələnərək öz karyeralarında daha yüksək uğur qazanacaqlarından əmin olduğunu bildirib.

Mərasimin sonunda xatirə şəkli çəkdirilib, iştirakçılara sertifikatlar təqdim edilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top