MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

ət

XAÇMAZ RAYONUNDA AŞKARLANAN ƏTLƏRİN YARARSIZ OLDUĞU MÜƏYYƏN EDİLİB

Mayın ayının 3-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, Rəsul Rza küçəsi 35 saylı ünvanda yaşayan Ağayev Namiq Əmirağa oğlunun evinin həyətindəki soyuducuda hissələrə bölünmüş 720 kq miqdarında mənşəyinə və keyfiyyətinə  dair  baytarlıq sənədi olmayan ətlər aşkar olunub.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri aşkar olunmuş ətlərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürərək qida üçün yararlı olub-olmamasının, bakterioloji və biokimyəvi göstəricilərinin müəyyənləşdirilməsi məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına (RBL) göndəriblər.

Laboratoriyanın ekspertizasına əsasən yoxlanılan 20 (iyirmi) nümunə heyvan ətində aparılan bakterioloji müayinə zamanı bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə ətlərin keyfiyyətsiz  və baytarıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Eləcə də müayinə zamanı Xaçmaz rayonunda aşkar edilən ətlərin aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvanların ətlərinin olması müəyyən edilib.

Laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq olaraq Xaçmaz rayonunda aşkarlanan və paytaxta gətirilən ətlər baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, aidiyyəti qurumlarla bu istiqamətdə lazımı tədbirlər bundan sonra da ardıcıl olaraq davam etdiriləcəkdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top