ABŞ şirkətləri Azərbaycanda azad ticarət zonasına sərmayə qoymağa dəvət edildi - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ABŞ şirkətləri Azərbaycanda azad ticarət zonasına sərmayə qoymağa dəvət edildi

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC aprelin 28-29-da ABŞ-ın Vaşinqton şəhərində keçirilən “Trans Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” adlı Forumda iştirak edib.

Economic.az Trend-ə istinadən bildirir ki,  Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaydığı məlumata istinadən verdiyi xəbərə görə, forum Azərbaycanın ABŞ-dakı səfirliyi, Gürcüstan səfirliyi, Qazaxıstan səfirliyi, Türkiyə Səfirliyi və ABŞ-ın Mərkəzi Asiya-Qafqaz İnstitutu İpək Yolu Təhsil proqramı tərəfindən təşkil edilib. Forumun məqsədi Trans-Xəzər Ticarət və Tranzit Marşrutu boyunca mövcud layihələr və biznes imkanları barədə məlumatlılığı artırmaq, Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz regionlarının Çin və Avropa arasında starteji əhəmiyyətli mühüm dəhliz olduğunu vurğulamaq idi.

“Dənizdən dənizə: inteqrasiya edilmiş regional tranzit və logistika infrastrukturu” adlı paneldə çıxış edən Bakı Limanının baş direktoru Taleh Ziyadov Azərbaycan Prezidenti İlham Əliyevin 17 mart 2016-cı il tarixli sərəncamı ilə təsis edilməsi planlaşdırılan azad ticarət zonası (ATZ) haqqında Forum iştirakçılarına müfəssəl məlumat verib.

T. Ziyadov ATZ-nin yaranması ilə Yeni Bakı Limanı (Ələt terminalı) ətrafında nəqliyyat və logistika infrastrukturunun qurulacağı, neft-kimya və farmasevtik klasterlərin yaradılacağı, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlərin həyata keçiriləcəyini bildirib.

T.Ziyadov ATZ-in yaradılmasını şərtləndirən xüsusi hüquqi rejiminin tətbiqi nəticəsində qısa müddətdə Yeni Bakı Limanına xarici investisiyanın cəlb olunacağını qeyd etdi.

T. Ziyadov tədbirə dəvət buyurmuş ABŞ şirkətlərini fəaliyyətə başlayacaq Azad Ticarət Zonasına sərmayə qoymağa və daimi nümayindəliklərini açmağa dəvət etdi.

Paneldə eyni zamanda, Xəzər dənizi ilə Aralıq və Qara dənizləri birləşdirən inteqrasiya edilmiş regional transit və logistika infrastrukturunun perspektivlərindən söz açılıb və beynəlxalq bizneslərin regionun tranzit və logistika mərkəzi – “hub” kimi üstünlüyünün istifadə etmək imkanları vurğulanıb.

Qeyd edək ki, paneldə Bakı Limanı ilə yanaşı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC, Gürcüstan Dəmir Yolları SC, Qazaxıstanın KZT Express şirkəti, o cümlədən Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri də çıxış ediblər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top