
ABŞ-da neft və benzin ehtiyatları azalır
ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 1,4 milyon barrel (0,3 faiz) azalaraq 432,4 milyon barrel olub.
Economic xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 800 min barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 2,2 milyon barrel azalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları da keçən həftə 1,5 milyon barrel (0,2 faiz) azalaraq 662 milyon barrel təşkil edib.
Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 3,8 milyon barrel (1,6 faiz) azalaraq 232 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,4 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 2,2 milyon barrel aşağı düşmüşdü.
BƏNZƏR MƏQALƏLƏR
“Azeri Light” markalı neftin qiyməti bahalaşır
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,06 ABŞ dolları […]
Iğdırdan Naxçıvana təbii qazın tədarükünə dair sənəd təsdiqləndi
Azərbaycanın Türkiyə ilə Naxçıvana təbii qazın tədarükünə dair imzaladığı anlaşma memorandumu təsdiqlənib. Economic.az xəbər verir […]
SOCAR: Cənub Qaz Dəhlizi ilə Avropaya ilk qaz çatdırılıb
Bu gün Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan […]