Sahibkarlığın İnkişafı Fondu 10 ayda 127 milyon manat güzəştli kredit verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ümumi dəyəri 294 milyon manatdan çox olan 2,4 mindən artıq layihəyə 127 milyon manat güzəştli kredit verib”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında nazir Mikayıl Cabbarov bildirib.
“Kreditlərin məbləğ üzrə 97%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb”, – deyə o qeyd edib.
“Bu il yerli istehsalın maya dəyərinin aşağı salınması, ixrac potensialının və istehsal olunan malların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması məqsədilə yerli istehsalı olmayan və istehsal prosesində istifadə olunan 300-ə yaxın aralıq mallar idxal gömrük rüsumlarından azad edilib. Ölkənin əsas ticarət tərəfdaşlarından olan Türkiyə ilə preferensial ticarət sazişinin əhatə dairəsi genişləndirilib”, – deyə nazir əlavə edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]