“Petkim” üçüncü rübdə xalis mənfəətini 961% artırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim” neft-kimya kompleksinin 2023-cü ilin üçüncü rübündə xalis mənfəəti 2,3 milyard TL təşkil edib.
“Report” ”Petkim” tərəfindən açıqlanan maliyyə nəticələrinə istinadən xəbər verir ki, bu dövrdə kompleks 13,2 milyard TL həcmində xalis satış gəliri əldə edib.
“Neft-kimya sənayesində qlobal daralma üçüncü rübdə davam etsə də, rəhbərliyin xərcləri azaltmaq və səmərəliliyi artırmaq təşəbbüsləri sayəsində “Petkim” əvvəlki rüblə müqayisədə fəaliyyətini əhəmiyyətli dərəcədə artırıb. İkinci rüblə müqayisədə xalis mənfəətini 961% artıran “Petkim” xalis satışlarını da 24% artırıb”, – məlumatda deyilir.
Qeyd edək ki, əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir. İndiyənədək Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya obyekti olan “Petkim”in təkmilləşdirilməsi üzrə işlərə 1,6 milyard ABŞ dolları həcmində investisiya qoyulub.
“SOCAR Turkey” şirkəti “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir. “Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]