Banklara ikiqat zərər: “Güzəşt ciddi effekt verməyəcək” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əhali əmanətləri üzrə gəlirlərin vergiyə cəlb edilməsinin heç bir mənfi təsirinin olmayacağını müəyyən dairələr bildirəndə, birmənalı olaraq bununla razılaşmadıq. Bunun əmanət həcmlərinə mənfi təsir edəcəyini və güzəştlərin qüvvədə saxlanılmasının vacib olduğunu bildirdik.
Olke.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, bu gün – 10 ay sonra deyilənlər qismən isbatını tapıb:
“Yenidən bu güzəştlərin qismən qaytarılacağı bildirildi. Belə ki, vətəndaşların banklarda milli valyutada 18 ay və daha çox müddətə yerləşdirilən depozitləri üzrə gəlirləri vergidən azad olunacaq”.
Ekspert deyir ki, güzəştin heç olmamasındansa, qismən olması daha yaxşıdır:
“Lakin düşünürəm ki, qismən güzəşt ciddi effekt verməyəcək. Çünki üç əsas risk amili buna mane olacaq.
Bunlardan birincisi, dünyanın öz iqtisadi turbulent dövrünü yaşaması, ikincisi, ölkəmizdəki inflyasiyanın depozit faizlərini diri-diri udması, üçüncüsü isə, bir-birinin ardınca bir neçə bankın bağlanmasıdır. Bu üç risk amili vətəndaşların öz əmanətlərini milli valyutada 7-11 faizlə banklara uzun müddətə yatırmasına mane olan ciddi risk faktorlarıdır. Buna görə də əmanət faizlərinin 2016-ci ildə qəbul edildiyi formada vergidən azad edilməsinə ehtiyac var”.
“Onsuz da proseslərin gedişi onu göstərir ki, gec-tez bu güzəştlər olacaq. Ya növbəti ilin ortalarında, ya da sonlarında tam güzəştin edilməsi qaçılmazdır. Çünki bu növ vergi, rəqəmlər üzərində vergi daxilolmaları baxımından “X” manatlıq faydalı hesab edilsə də, rəqəmlərdə göstərilməsi mümkün olmayan formada bank sektoruna və ümumi ölkə iqtisadiyyatına “2X” manatlıq zərər verir”, – deyə E. Əmirov əlavə edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]