2023-cü il Fizika üzrə Nobel Mükafatı laureatları açıqlandı – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

2023-cü il Fizika üzrə Nobel Mükafatı laureatları açıqlandı – FOTO

İsveç Kral Elmlər Akademiyasının Fizika üzrə Nobel Komitəsi 2023-ci ildə bu sahədə “Nobel” mükafatını kimin qazandığını açıqlayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Nobel komitəsinin “X” hesabında məlumat verilib.

Bildirilir ki, mükafat Pyer Aqostiniyə (Ohayo Universiteti, ABŞ), Ferenç Krausa (Plank İnstitutu, Almaniya) və Anna L’Huilyeyə (Lund Universiteti, İsveç) təqdim edilib.

Onlar “maddədəki elektronların dinamikasını öyrənmək üçün nanosaniyəlik işıq impulslarını yaradan eksperimental üsullara görə” bu mükafata layiq görülüblər.

 



Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top