Bu gündən Nobel həftəsi başlayır
Bu gündən Nobel həftəsi başlayır. Laureatlar Stokholm və Osloda elan olunacaqlar.
Oxu.Az-ın məlumatına görə, bu barədə Nobel komitəsinin saytında məlumat verilib.
Bildirilir ki, bu gün fiziologiya və tibb üzrə qalibin adı elan ediləcək. Oktyabrın 3-də fizika, 4-də kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq. Ədəbiyyat kateqoriyasında qalib oktyabrın 5-də, Sülh Mükafatının qalibi isə oktyabrın 6-da bəlli olacaq. Oktyabrın 9-da Alfred Nobelin adını daşıyan, lakin vəsiyyətində qeyd olunmayan iqtisadiyyat üzrə mükafatın sahibləri açıqlanacaq.
Builki mükafat 11 milyon İsveç kronu (1,7 milyon manat) olacaq.
Müraciət edənlərin siyahısı ənənəvi olaraq gizli saxlanılır. Qaydalara əsasən, Nobel Komitəsi müvafiq tədqiqat sahəsində çalışan təxminən üç min nüfuzlu alimə əvvəlcədən bütün dünyada sorğu vərəqələri göndərir. Onlar mükafata layiq bildikləri həmkarlarının adlarını qeyd edirlər.
Anketlər toplandıqdan sonra komitə 300-ə yaxın mümkün qalibi təyin edir. Onların adları ictimaiyyətə açıqlanmır və namizədliyi barədə heç kimə məlumat verilmir. Nobel mükafatına namizədlərlə bağlı bütün məlumatlar 50 ildir ki, məxfi saxlanılır.
Xatırladaq ki, Nobel Fondu Rusiya, Belarus və İran səfirlərinin Stokholmda keçiriləcək mükafatlandırma mərasiminə dəvətini İsveçdə sərt reaksiya səbəbindən geri götürüb. Müvafiq bəyanat təşkilatın saytında dərc olunub.
“Biz İsveçdə bu qərarı (bütün ölkələrin səfirlərini təqdimata dəvət etmək) tamamilə kölgədə qoyan kəskin reaksiyanı nəzərə aldıq. Ona görə də qərara gəldik ki, təcrübədən keçən ötənilki istisnanı təkrar edək, yəni Stokholmda keçirilən Nobel mükafatı mərasiminə Rusiya, Belarus və İran səfirlərini dəvət etməyək”, – deyə fonddan bildirilib.
BƏNZƏR MƏQALƏLƏR
-
İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz 2024-cü ildə ata və oğuldan (Kris və Mik […]
-
ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, […]
-
Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə […]