Asan yolla arıqlamaq istəyənlər üçün yeni trendin təhlükələri barədə xəbərdarlıq edildi – FOTO
Ev işləri görmək və eyni zamanda fiquru yaxşılaşdırmaq üçün məşq etmək hər kəsin xəyalıdır. Bir çox istehsalçılar da bunun üçün müxtəlif məhsullar istehsal edirlər.
Bu məhsullardan biri də “sehrli” başmaqlardı. İstehsalçılar iddia edirlər ki, gündə 15 dəqiqə istifadə artıq yağları əritməyə və ayaqları formaya salmağa kömək edəcək. Bildirilir ki, onlarda məşq etmək həmçinin orqanizmdə şişkinliyi aparır, duruşu yaxşılaşdırır və əzələləri gücləndirir.
Bu vədlər arıqlamaq istəyən bir çoxlarını şirnikləndirsə də, mütəxəssislər əks təsirlər barədə xəbərdarlıq edirlər.
Elm adamlarının sözlərinə görə, bu başmaqlar arıqlamağa kömək etmir. Onlar əzələ qruplarının belə kiçik iştirakı ilə nəticənin olacağına şübhə ilə yanaşıblar.
Həmçinin mütəxəssislər belə ayaqqabılardan istifadənin təhlükəli olduğunu da vurğulayıblar. Belə ki, ayaq biləyi lazım olan anda hərəkətə gəlmir. Bilək səthlə təmasa reaksiya vermədiyi üçün də ayaq bükülə bilər, bu isə travma ilə nəticələnə bilər.
Mənbə: NTV
BƏNZƏR MƏQALƏLƏR
-
İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz 2024-cü ildə ata və oğuldan (Kris və Mik […]
-
ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, […]
-
Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə […]