İngilis mətbuatı məşhur türkiyəli iş adamı Acun İlıcalının sərvətindən yazdı
İngiltərə mətbuatı məşhur türkiyəli iş adamı Acun İlıcalının sərvətindən yazıb.
2022-ci ildə çempionatın komandalarından olan “Hall Siti”ni satın almaqla İngiltərədə gündəmə gələn Acun İlıcalının sərvəti də İngiltərə mətbuatının diqqət mərkəzinə düşüb.
Müxbirlikdən media maqnatına çevrilən Acun İlıcalı şəxsi həyatı ilə yanaşı futbola olan marağı da medianın yaxından izlədiyi mövzulardan olub.
Bununla bağlı dərc olunan xəbərlərdə İlıcalının “ACUN MEDYA” şirkətinin 2022-ci ildə İngiltərənin “Hall Siti” futbol klubunu tam şəkildə misirli iş adamı Assem Allamdan satın aldığı barədə danışılıb.
Həmçinin 54 yaşlı Acun İlıcalının sərvətinin təxminən 100 milyon dollar məbləğində olduğu qeyd edilib.
“TV8”, “TV8,5” VƏ “EXXEN” şirkətlərinin də sahibi olan iş adamı eyni zamanda 8 ölkədə proqramlar hazırlayır.
Mənbə: Haber Global
BƏNZƏR MƏQALƏLƏR
-
İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz 2024-cü ildə ata və oğuldan (Kris və Mik […]
-
ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, […]
-
Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə […]