Ayaqda qıcolmalar nəyin əlamətidir? – FOTO
Nebraska Universitetinin alimləri ayaqlarda qıcolmaların ortayaşlı insanlarda sağlamlığın pisləşməsinin əlaməti olduğunu bildiriblər.
Alimlər orta yaşı 46,5 olan 294 xəstədə ayaq qıcolmalarının yayılması və xüsusiyyətlərini qiymətləndiriblər. İstirahət və ya məşq zamanı ayağında qıcolma baş verən insanlar ümumi iştirakçıların 51,7%-ni təşkil edib və orta yaşları 49,1 olub. Qeyd edək ki, hesabat verənlərin 72%-ni qadınlar təşkil edib.
Xəstələr arasında qıcolmanın şiddəti 1-dən 10-a qədər olan şkala ilə orta hesabla 5,6 qeydə alınıb və yuxu pozğunluqları xəstələrin 55%-də müşahidə olunub. Onlardan əksəriyyəti orta hesabla dörd il ərzində qıcolmalardan əziyyət çəksələr də, bununla bağlı həkimə müraciət etməyiblər.
Qıcolmanı araşdıranlar ayaq qıcolmalarının sağlamlığın zəifləməsi, fiziki hazırlığın azalması və yaxud sürətlənmiş qocalmanın əlaməti olduğunu bildiriblər.
Mənbə: gazeta.ru
BƏNZƏR MƏQALƏLƏR
-
İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz 2024-cü ildə ata və oğuldan (Kris və Mik […]
-
ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, […]
-
Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə […]