Diyetoloq payızda şəkər istehlakını azaltmağı məsləhət görüb
Payızda temperatur dəyişikliyi baş verdiyi və günəş çatışmazlığı olduğu zaman, istehlak etdiyimiz zülalların, yağların və karbohidratların miqdarına nəzarət etmək və balanslı qidalanmaq lazımdır.
Bu barədə diyetoloq Yevgeniya Belyuqa sentyabrın 25-də məlumat verib.
Mütəxəssis qeyd edib ki, payızda xüsusən də şəkər istehlakını azaltmaq tövsiyə olunur. O, yüksək kalorili qida məhsuludur, onun qida rasionuna həddindən artıq əlavə edilməsi artıq çəkiyə gətirib çıxara bilər ki, bu da öz növbəsində sağlamlığın pisləşməsinə səbəb ola bilər.
“Yüksək miqdarda şəkər istehlak etməklə, immun sistemimizin fəaliyyətini poza bilərik və bu vəziyyətdə mövsümi xəstəliklər zamanı viruslara müqavimət göstərmək daha da çətin olacaq”, – deyə Y.Belyuqa bildirib.
Bundan əlavə, diyetoloq mövsümi qidaları qida rasionumuza daxil etməyi məsləhət görüb. Məsələn, lif və vitaminlərlə zəngin olan balqabağı rasionunuza əlavə edə bilərsiniz.
Diyetoloqun sözlərinə görə, payızda şorba-püre və ya raqu kimi mövsümi yeməklər hazırlaya bilərsiniz.
Mütəxəssis, həmçinin bildirib ki, qəhvənin bitki çayları ilə, həmçinin limon, itburnu və ya çaytikanı əlavə edilmiş isti içkilərlə əvəz edilməsi sağlamlıq baxımından fayda verəcək.
“Onların tərkibində olan C vitamininin əlavə dozası immun sistemini gücləndirməyə kömək edəcək”, – deyə Y.Belyuqa vurğulayıb.
Mənbə: gazeta.ru
BƏNZƏR MƏQALƏLƏR
-
İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz 2024-cü ildə ata və oğuldan (Kris və Mik […]
-
ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, […]
-
Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə […]