Azərbaycanlı yoqa mütəxəssisi: “Sevindirici haldır ki, ölkəmizdə yoqaya və sağlam həyata maraq var”
“Yoqa böyük bir sistemdir”.
Bu sözləri Oxu.Az-a açıqlamasında “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzində “Nine Senses Fest” beynəlxalq festivalı ərəfəsində KİV nümayəndələri ilə görüş zamanı Azərbaycanı xaricdə təmsil edən yoqa mütəxəssisi Elşad Rəhimov deyib.
O, tələblərinə hər pozanı üç istiqamətdə nümayiş etdirdiyini qeyd edib:
“Yoqa edən zaman biz diqqətimizi nəfəsimizə yönəldirik. Buna görə də bədənimizi çox rahat şəkildə hərəkət etdiririk. Təhlükəsizlik üçün tələbələrimə hər pozanı həmişə üç istiqamətdə nümayiş etdirirəm. Başlanğıc, orta və qabaqcıl”.
“Bakıda bu növdə tədbir ilk dəfədir təşkil olunur. Lakin iştirak etmək istəyənlərin sayı kifayət qədər çoxdur. Çox sevindirici haldır ki, bizim ölkəmizdə yoqaya və sağlam həyata bu qədər maraq var. Mən 3 il Balidə yaşadım, geri döndüyüm zaman yoqaya marağın artmasına təəccübləndim. Amma bu xoş oldu. Getdikcə daha çox insan yaradıcılıqla məşğul olur, onların qəlbləri dünyaya açıqdır”, – deyə E.Rəhimov fikirlərini tamamlayıb.
Nəzrin Vahid
BƏNZƏR MƏQALƏLƏR
-
İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz 2024-cü ildə ata və oğuldan (Kris və Mik […]
-
ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, […]
-
Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə […]