Moskvada kiçik it bir kiloqram daş yedi – FOTO
Rusiyanın paytaxtı Moskvada korqi cinsindən olan kiçik it bir kiloqrama yaxın çınqıl daşı yeyib.
İtin sahibləri daşların üzərinə kabab marinadı dağıdıblar və it də kababın qoxusu qarşısında tab gətirə bilməyib.
Hammer adlı korqi qeyri-adi diaqnozla klinikaya gətirilib. İtin mədəsi daşla dolu olub. Hammerin sahibləri bağ evində manqalda kabab hazırlıqları zaman marinadın bir hissəsini fərqində olmadan çınqılların üzərinə dağıdıblar, it bunu görüb və cəmi bir neçə dəqiqə ərzində demək olar ki, bir kiloqram daşı yeyib.
Çınqıl daşlarını tez zamanda çıxarmaq lazım olduğundan həkimlər əməliyyat etmək qərarına gəliblər. Korqinin mədəsindən 730 qram daş çıxarılıb. Prosedur yaxşı keçib, Hammer hazırda pəhrizdədir və nəzərəçarpacaq dərəcədə arıqlayıb, hətta bu halda daha yaxşı görünməyə başlayıb.
Mənbə: “Baza” “Telegram”
BƏNZƏR MƏQALƏLƏR
-
İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz 2024-cü ildə ata və oğuldan (Kris və Mik […]
-
ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, […]
-
Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə […]