Həkimlər hidrogen peroksidin sağlamlığa mənfi TƏSİRLƏRİ
Yüksək dozada hidrogen peroksid insan sağlamlığında problemlər yarada bilər və həmçinin xərçəng hüceyrələrinin inkişafına səbəb ola bilər.
Bu barədə sentyabrın 22-də “Annals of Emergency Medicine” tibb jurnalında dərc olunan məqalədə deyilir.
Məqalədə, həmçinin bildirilir ki, bu maddə insult, əlillik və digər ağır xəstəliklərə gətirib çıxara bilər. Tədqiqata əsasən, hidrogen peroksidin venadaxili və peroral istifadəsi ABŞ-nin Qida və Dərman Agentliyi (FDA) tərəfindən tövsiyə edilmir.
Hidrogen peroksid irinli yaraların, kapilyar qanaxma sahələrinin yerli dezinfeksiyası, stomatit, angina və ginekoloji xəstəliklər zamanı xarici dezinfeksiya üçün istifadə olunur. Bununla belə, maddə daxilə üç millilitrdən çox olaraq qəbul edildikdə ölümlə nəticələnə bilər.
Mənbə: gazeta.ru
BƏNZƏR MƏQALƏLƏR
-
İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz 2024-cü ildə ata və oğuldan (Kris və Mik […]
-
ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, […]
-
Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə […]