“Xoşbəxt şənbə günləri”: Uber-dən həftəsonları üçün xüsusi kampaniya
Beynəxalq taksi daşıyıcısı şirkəti Uber, Bakı şəhərində “Xoşbəxt şənbə günləri” adlı kampaniyaya start verib. Kampaniya çərçivəsində 23 aprel-28 may tarixlərində, şənbə günləri gedişləri 50%-ə qədər endirimlə sifariş etmək mümkündür.
Endirimli qiymətlər 1 manatdan başlayır. Məsələn, həftəiçi Əhmədli metro stansiyasından Dənizkənarı Bulvara 4.1 manata getmək olursa, şənbə endirimləri ilə bu daha sərfəli olacaq. Endirimin həcmi gediş tarixçəsi və gedişlərin müntəzəmliyindən asılıdır və sifariş məbləğinin 10% – 50%-i arasında dəyişə bilər. Bundan başqa, xidmətin yeni istifadəçiləri üçün şənbə günü kampaniyasına 30% endirim də əlavə olunur.
“Bakı dinamik şəhərdir. Həftəsonlarında şəhərin sakinləri və qonaqları yeni məkanlara daha fəal şəkildə üz tuturlar, Dənizkənarı Milli parkda gəzirlər, qonaqlığa və alış-verişə gedirlər. Bunun üçün şəxsi avtomobil və həddən artıq yüklənmiş ictimai nəqliyyatdan istifadə hamı üçün arzuolunan deyil. Şənbə günlərində şəhər ərazisində rahat gedişi daha əlçatan etmək, eyni zamanda, sürücülərə daha çox sifariş qazandıra bilməkdən məmnunuq. Kampaniya çərçıvəsində bütün gediş xərcləri şirkət tərəfindən qarşılanır, sürücülər isə ödənişi tam məbləğdə əldə edirlər,”- deyə Uber-in Azərbaycandakı nümayəndəsi Müşviq Həsənov qeyd edib.
Uber – şəxsi avtomobillə taksidaşıma xidməti üzrə eyniadlı tətbiqin yaradıcısı olan beynəlxalq texnologiya şirkətidir. Uber-in missiyası şəhərdaxili gedişləri bütün sakinlər üçün ən müasir standartlar əsasında sadə, etibarlı və əlçatan etməkdir.
BƏNZƏR MƏQALƏLƏR
-
Milli Yaylaq Festivalı keçiriləcək
29 – 31 iyul tarixlərində Göygöl rayonunun ərazisində yerləşən Hacıkənd Xan Yaylağında 2-ci Milli Yaylaq […]
-
BirKart-dan Bolt gedişlərinə 30% endirim!
Ölkənin ən məşhur taksit kartı olan BirKart partnyorlarının sırasını genişləndirərək bir sıra yeni sərfəli kampaniyalar […]
-
Kapital Bank-ın Visa kartları ilə “Macəra yaxındadır”
ECONOMIC: Kapital Bank-ın Visa kart sahibləri artıq “Macəra yaxındadır” adlı kampaniyaya daxil olan təkliflərdən daha […]