Yeni Agentlik məişət zorakılığının qarşısının alınması ilə bağlı sosial tədbirlərin görülməsini də təmin edəcək.
Yeni Agentlik məişət zorakılığından zərər çəkmişlərin sosial müdafiəsi və psixoloji yardımla təminatı üçün də tədbirlər görəcək
Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Sosial Xidmətlər Agentliyi məişət zorakılığının qarşısının alınması ilə bağlı sosial tədbirlərin görülməsini də təmin edəcək.
Economic.az bildirir ki, Agentlik bu istiqamətdə fəaliyyətini “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna uyğun təşkil edəcək və məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, onlara psixoloji yardım göstərilməsi üçün müvafiq işləri aparacaq. Bu məqsədlə Agentliyin Nizamnaməsində onun hüquq və vəzifələri sırasına dövlət yardım mərkəzləri yaratmaq və qeyri-dövlət yardım mərkəzlərini akkreditasiyadan keçirmək də daxil edilib.
Ümumilikdə isə Agentlik sosial xidmətə ehtiyacı olan şəxslərə, ailələrə “Sosial xidmət haqqında” Qanunla müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün inteqrasiya” Proqramı çərçivəsində səfər təşkil olundu – FOTOLAR
24 may 2023-cü il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi “MOBILAZE 2” layihəsi nəzdində Miqrasiya Siyasətinin İnkişafı […]
-
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz -in MOBİLAZE 2 layihəsi çərçivəsində AUİB-nə səfər keçirildi
16 may 2023-cü il tarixində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM), Avropa Ittifaqı və […]
-
“ŞAGİRDLƏRİN FORUM TEATRI” LAYİHƏSİ YEKUNLAŞDI
“Şagirdlərin Forum Teatrı” – incəsənət əsaslı öyrənmə metodla məktəbdə yaradıcı mühitin inkişafı və sosial problemlərin […]