Pandemiya dövründə Bakıda ticarət dövriyyəsinin həcmi açıqlanıb
2020-ci ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz azalaraq 8 milyard 184,2 milyon manat olub.
Economic.Az Trend-ə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 4,1 faiz artaraq 3 milyard 863,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,6 faiz azalaraq 4 milyard 320,9 milyon manata bərabər olub.
İstehlak məhsullarının 30,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,7 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda dəri istehsalı ilə bağlı vəziyyət nə yerdədir?
Natiq Cəfərli deyir ki, dəri istehsalı sahəsində ixtisaslaşan xarici investorların ölkəyə cəlb edilməsi, bu sahənin […]
-
Pambığın alış qiyməti növbəti dəfə artırıldı
Pambıqçı fermerlərə daha bir müjdə: pambığın alış qiyməti növbəti dəfə artırıldı Fermerlərin maddi rifah halının […]
-
Un və çörək satışı bazarında monitorinqlər aparılır
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək satışı bazarında […]