2020-ci ilin ən yenilikçi şirkətlərin siyahısı açıqlanıb.
Siyahıda sürpriz dəyişikliklər yaşanıb. Keçən il lider olan Amazon üçüncü sıraya geriləyib. Ən diqqətçəkici yüksəliş isə Huawei-in xanasına yazılıb.
Boston Consulting Group tərəfindən aparılan araşdırmada ilk 50 sıraya dünyanın öndə gələn şirkətləri daxil edilib. Siyahıda texnologiya sektorunda fəaliyyət göstərən şirkətlərin çoxluğu da diqqət çəkib.
Siyahının birinci pilləsində Apple, ikinci sırada Alphabet və üçüncüdə isə Amazon yer alıb.
Qeyd edək ki, Apple ötən il üçüncü, Alphabet birinci və Amazon ikinci olmuşdu. Dördüncü, beşinci yerlərin sahibləri isə dəyişməz qalıb – Microsoft və Samsung.
Altıncı olmağı bacaran Huawei ötən ildən bəri 42 pillə irəliləyib. Bu da siyahının ən sürətli yüksəlişi anlamına gəlir. Ən çox geriləyən ilə 29 pillə aşağı düşərək 50-ci olan McDonald’s olub.
Ted. Az
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan-Polşa biznes forumu keçirilib
Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Polşanın İnvestisiyalar və Ticarət Agentliyinin (PAIH) […]
-
Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Bakı Ekspo Mərkəzində təşkil edilən “4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi” çərçivəsində Dördüncü Sənaye İnqilabı (4Sİ) […]