Kapital Bank Sberbank ilə əməkdaşlığını davam etdirir
Kapital Bank Rusiyanın nəhəng bankı olan Sberbank ilə pul köçürməsi sahəsində əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində Kapital Bank, Sberbank tərəfindən tərtib edilən mobil telefon nömrəsi vasitəsilə ani pul köçürmə sisteminə qoşulub.
Bankdan “Economic“ə verilən məlumata görə, hazırda Kapital Bank-a məxsus kartlara Sberbank-ın sayt və mobil tətbiqi vasitəsilə pul köçürmək mümkündür. Bu üsulla maksimum məbləği sutka ərzində 50 000 Rusiya rublu (800 ABŞ dolları) həddində olan köçürmələr zamanı 1% (minimum 30 Rusiya rublu) komissiya haqqı tutulur. Sberbank-ın sayt və mobil tətbiqi üzərindən köçürmələr Rusiya rublu valyutasında icra edilir, kartlara isə Kapital Bank-ın kursuna əsasən manat valyutasında mədaxil olunacaqdır.
Qeyd edək ki, müxtəlif bankların müştəriləri arasında mobil telefon nömrəsi vasitəsilə ani pul köçürmələri sistemi Sberbank tərəfindən keçən ilin əvvəllərində tətbiq olunub. Bu sistemə həmçinin Tacikistanın, Qırğızıstanın, Özbəkistanın və digər ölkələrin bankları da qoşulub.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 15 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]