“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası davam edir
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı sosial aksiya ilə qeydiyyat xidmətləri birbaşa ünvanlarda göstərilir. Bununla vətəndaşların daha tez və rahat şəkildə leqal əmlaklara sahib olması təmin edilir. İctimai əhəmiyyətli kampaniyanın bu həftəki ünvanı isə Hacı Zeynalabdin Tağıyev qəsəbəsidir. Səyyar xidmətlər 3-7 dekabr tarixlərində saat 09:00-dan 17:00-dək Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 9 ünvanında göstəriləcək.
Komitədən “Economic“ə verilən məlumata görə, kampaniya çərçivəsində qəsəbə sakinləri yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı xidmətlərdən faydalana bilər. Bundan başqa səyyar ofisdə sakinlərin qeydiyyatla bağlı sualları cavablandırılacaq və onlara mülkiyyət hüquqlarından istifadə ilə bağlı hüquqi məsləhətlər veriləcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Kirayə mexanizmi ilə satılan mənzillərin siyahısı genişləndirilib
İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən […]
-
Bakıda mənzillər BAHALAŞIB
İyunda daşınmaz əmlak bazarında may ayı ilə müqayisədə 1.63%, ilin əvvəli ilə müqayisədə isə 2.6% […]
-
2 və 9 avqust tarixlərində özəlləşdirmə hərracları keçiriləcək
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2 və 9 avqust tarixlərində özəlləşdirmə hərracları […]