Azərbaycan Beynəlxalq Bankından “Yay krediti”
Azərbaycan Beynəlxalq Bankı yay məzuniyyəti mövsümündə müştərilərin istəklərini nəzərə alaraq yeni kredit kampaniyasına start verib. “Yay krediti” adlanan bu kampaniyanın əsas özəlliyi ondadır ki, nağd pul kreditini bankdan indi alıb, aylıq ödənişlərə üç ay sonra başlamaq olar. Yəni, müştəri kreditin rəsmiləşdirilməsindən sonrakı ilk üç ayda yalnız aylıq faizləri ödəyir, əsas borcun ödənişinə isə üç ay sonra başlayır.
Economic-ə verilən məlumata görə, bu fürsətdən Azərbaycan Beynəlxalq Bankının bütün maaş kartı sahibləri faydalana bilər. Pensiya kartı sahibləri üçün isə kampaniya çərçivəsində kreditlər mövcud faizlərə 2% endirimlə və komissiyasız təqdim ediləcək.
Kampaniyanın digər özəllikləri:
- Kreditin məbləği – 20.000 manatadək
- Kreditin müddəti – 60 ayadək
- İllik faiz dərəcəsi – 2% endirimlə, 24%-dən başlayaraq
- Kredit 5000 manata qədər olduqda – zaminsiz
- Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ
Kampaniya 23 iyul tarixindən 21 avqust tarixinə qədər keçərlidir.
“Yay krediti”ni Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı, yaxud pensiya kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əmək haqqı və ya pensiya kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan “Yay krediti”ni sifariş vermək olar. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
BƏNZƏR MƏQALƏLƏR
-
Milli Yaylaq Festivalı keçiriləcək
29 – 31 iyul tarixlərində Göygöl rayonunun ərazisində yerləşən Hacıkənd Xan Yaylağında 2-ci Milli Yaylaq […]
-
“Xoşbəxt şənbə günləri”: Uber-dən həftəsonları üçün xüsusi kampaniya
Beynəxalq taksi daşıyıcısı şirkəti Uber, Bakı şəhərində “Xoşbəxt şənbə günləri” adlı kampaniyaya start verib. Kampaniya […]
-
BirKart-dan Bolt gedişlərinə 30% endirim!
Ölkənin ən məşhur taksit kartı olan BirKart partnyorlarının sırasını genişləndirərək bir sıra yeni sərfəli kampaniyalar […]