Pambıqçılıqda məhsuldarlığın artırılması ilə bağlı təlimlər davam edir
Azərbaycan Respublikasının pambıqçılıq üzrə ixtisaslaşmış rayonlarında keçirilən təlimlərin qrafikinə uyğun olaraq pambıq əkini ilə məşğul olan fermerlər və təsərrüfat sahibləri ilə təlimlər davam edir.
“Economic”in məlumatına görə, növbəti təlim Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov, Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəis müavini Asif Tağıyev, Bitkiçilik şöbəsinin sektor müdiri Oktay Hüseynov, Kənd Təsrüffatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Ələddin Tağıyev, Baş Dövlət Texniki Nəzarət Xidmətinin baş məsləhətçisi Polad Mikayılov və “Aqrolizinq” ASC-nin baş mütəxəssisi Xaməmməd Məmmədovdan ibarət təlim qrupu tərəfindən Tərtər, Goranboy və Samux rayonlarında həyata keçirilib.
Açıq tarla şəraitində baş tutan vəfermerləriniştirakı ilə keçirilən təlimlərdə pambıq sahələrində səpinlərin başa çatdırılması, çıxış alınmış sahələrdə kultivasiya və malalama tədbirlərinin səmərəli təşkili, aqrotexniki qaydalara düzgün riayət edilməsi, pambıq əkinlərinin düzgün gübrələnməsi, bitkinin zərərverici və xəstəliklərdən mühafizəsi sahəsində çatışmazlıqları müzakirə edilib. Həmçinin, açıq ərazi görüşlərində aqrotexniki tədbirləri müasir səviyyədə həyata keçirmək üçün tövsiyələr verilib və görüləcək tədbirlər praktiki olaraq iştirakçıların diqqətinə çatdırılıb.
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov pambıqçılığın inkişafına və keyfiyyətli pambıq istehsalına nail olmaq üçün nəzərdə tutulan kimyəvi mübarizə və aqrotexniki tədbirlərə düzgün əməl olunmasının vacibliyini diqqətə çatdırıb.
Texniki vasitələrdən düzgün istifadə qaydaları barədə danışan Yaqub Cəfərov çiləyici aqreqatların, gübrəsəpən və kultivasiya qoşqularının sahəyə çıxmamışdan əvvəl normalara uyğun sazlanmasına diqqət yetirməyi tövsiyə edib.Bildirib ki, gübrələrin və pestisid məhlullarının tələb olunan normadan az və ya çox verilməsi ziyanlı orqanizmlərin məhv olmamasına, bitkinin qidalı maddələri normal ala bilməməsinə və bitkinin stress yaşamasına səbəb olur.
Tədbirdə digər təlimçiləraqreqatların sazlanma qaydalarını əyani şəkildə iştirakçılara göstəriblər.
İştirakçılar əkin və aqrotexniki tədbirlər zamanı qarşılaşdıqları problemlər barədə danışıblar. Onların qarşılaşdıqları problemlər yerindəcə müzakirə olunub və problemlərin həlli ilə bağlı onlara müvafiq tövsiyələr verilib. Təlimin sonunda iştirakçılara pambıq bitkisinin zərərvericilərdən müasir üsullarla mühafizə edilməsi ilə bağlı bukletlər paylanılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Özəl şirkətlər “Aqrokadr.az” portalı ilə əməkdaşlığı genişləndirir
Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib. Aqrokadr.az portalı vasitəsilə dövlət və […]
-
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı […]
-
Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltikçilin inkişafı ilə bağlı Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Pakistan Kənd Təsərrüfatı Tədqiqatları […]