Bakıda yüksək gərginlikli avadanlıqlar zavodunun açılışı olub
Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub.
“Economic”-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib. İqtisadiyyat naziri Şahin Mustafayev şirkətlər qrupunun yaranması və fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verib.
“ATEF Şirkətlər Qrupu”nun rəhbəri Talıb Əlixanbəyov şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Hövsandakı metal konstruksiya zavodu, Qaraçuxur qəsəbəsində iriqabaritli transformatorlar və elektrotexniki avadanlıqlar zavodları barədə məlumat verib. Ümumi investisiya dəyəri 29,7 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, müəssisəyə nazirlik tərəfindən investisiya təşviqi sənədi verilib ki, nəticədə 4,2 milyon manat vəsaitə qənaət olunaraq investisiya kimi layihənin icrasına yönəldilib.
Prezident İlham Əliyev yüksək gərginlikli avadanlıqlar zavodunu işə salıb. Dövlət başçısı istehsal prosesi ilə tanış olub.
BƏNZƏR MƏQALƏLƏR
-
Moldova ilə iqtisadi tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın ölkəmizdə səfərdə olan Baş naziri xanım Nataliya Qavrilitsa ilə görüşüb. […]
-
İlham Əliyev və Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər […]
-
Azərbaycanlı qardaşlarımızın yanındayıq -ƏRDOĞAN
“Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində əvvəl olduğu kimi indi də yanında olacağıq”. Bunu Türkiyə Prezidenti Rəcəb […]