Azərbaycan neftinin SON QİYMƏTİ
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 15-də 79,28 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,67 dollar/barel çoxdur. Economic.Az bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 15-də 78,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,67 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 15-də 75,06 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,66 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə mayın 15-də 78,76 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,68 dollar/barel çoxdur.
BƏNZƏR MƏQALƏLƏR
-
Dollar bahalaşır: Avro və funt sterlinq düşür
Britaniya funt sterlinqinin dəyəri bazar ertəsi rekord həddə aşağı enib. Funt sterlinqin kəskin ucuzlaşması ABŞ […]
-
Qızıl sürətlə ucuzlaşır
Dünyada dollar indeksinin tarixi rekord səviyyəyə çatması fonunda qızılın qiyməti son 2,5 ilin minimumuna enib. […]
-
Pul bazası artıb
2022-ci il avqustun 1-nə olan vəziyyətə görə Azərbaycanda pul bazası 16,12 milyard manat təşkil edib. […]