Azərbaycana Hindistan, Pakistan və Çindən gələn turistlərin sayı çoxalıb
Azərbaycana Hindistan, Pakistan və Çindən gələn turistlərin sayı çoxalıb.
Bu barədə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
N.Bağırovun sözlərinə görə, artım daha çox bu ilin yanvar ayından müşahidə edilir:
“Hindistanla birbaşa uçuşlarımız olmasa da, bu ölkədən Azərbaycana gələn turistlərin sayı artır. Artıq paytaxt küçələrində də hindistanlı turistləri daha çox görürük”.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycana Hindistandan 3434, Pakistandan 3136, Çindən 1237 nəfər gəlib.
2017-ci ildə Azərbaycana Pakistandan 17 558, 2016-cı ildə 3998, 2015-ci ildə 2193, 2014-cü ildə 1817 nəfər turist gəlib.
2017-ci ildə Hindistandan Azərbaycana 14 173, 2016-ci ildə 6012, 2015-cı ildə 5584, 2014-cü ildə 4853 nəfər turist səyahət edib.
2017-ci ildə Çindən ölkəmizə 10 258, 2016-cı ildə 7363, 2015-ci ildə 5094, 2014-cü ildə 5930 nəfər əcnəbi gəlib.
Trend.az
BƏNZƏR MƏQALƏLƏR
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]
-
AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Frankfurt-Maynda keçirilən nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında […]
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) […]